Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanın yeni diplomatik hədəflərini açıqlayıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Gümrü şəhərində Ermənistan Xarici İşlər Nazirliyinin mərkəzi aparatının rəhbərliyi və xaricdəki diplomatik nümayəndəliklərin rəhbərlərinin illik toplantısı keçirilib.
Konfransda çıxış edən xarici işlər naziri Ararat Mirzoyan Ermənistan Respublikasının, o cümlədən ölkənin diplomatik xidmətinin yeni bir mərhələyə qədəm qoyduğunu bəyan edib.
Mirzoyan qeyd edib ki, mövcud reallıqlar fonunda ölkə qarşısında duran çağırışlar və imkanlar tamamilə fərqlidir. O, diplomatik korpusun əsas vəzifəsinin müstəqilliyi və dövlətin dözümlülüyünü gücləndirmək, eləcə də qonşu dövlətlərlə münasibətlərin normallaşdırılması prosesində iqtisadi potensialdan tam istifadə etmək olduğunu vurğulayıb.
- Talibançılar kömək üçün Almaniyaya getdilər
- Mirzoyan Ermənistanın yeni diplomatik hədəflərini açıqladı
- Azərbaycandakı yəhudi icmaları ittihamlara belə cavab verdi
- İdarə rəisi işdən çıxarıldı
- Məktub 113 il sonra yetişdi...
- İsrail HƏMAS komandirini zərərsizləşdirdi
- Fidan misirli və qətərli həmkarı ilə danışdı
- Avropa ilə münasibətlərin yaxşılaşacağına... - Peskov