Rusiya Ukraynaya görə bu qadağanın müddətini yenə uzatdı

00:27 - 30 Avqust 2026 - GÜNDƏM

 Rusiya Ukraynaya görə bu qadağanın müddətini yenə uzatdı

Ukraynanın neft emalı zavodlarına hücumlarının artması fonunda Rusiya daxili təchizatı təmin etmək üçün dizel yanacağı ixracına qoyulan qadağanı növbəti dəfə uzadıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Blumberq” agentliyi Rusiya hökumətinə istinadən məlumat yayıb.

Məlumata görə, qadağa 30 sentyabra qədər qüvvədə qalacaq:

"Bu qərar daxili yanacaq bazarının sabitliyini qorumaq məqsədilə qəbul edilib".

Nəşr əlavə edib ki, belə bir addım Yaxın Şərqdəki münaqişə və Rusiyanın Ukraynaya qarşı müharibəsi səbəbindən məhdud qlobal yanacaq ehtiyatlarına təzyiqi artıracaq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol