Ukrayna dünya silah bazarlarını fəth etməli olacaq, əks halda bunu Rusiya edəcək.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov deyib.
“Biz düşünürdük ki, dünyada pilotsuz uçuş aparatları istehsal edən yeganə ölkə bizik. Amma bu belə deyil. Hazırda Afrikanın bir çox ölkəsində Çin tərəfindən ələ keçirilmiş bazarlar var. Rusiya və Ukrayna isə bir-birini faktiki olaraq məhv etmək üçün müharibə apardıqları üçün həmin bazarları itiriblər. Bu, heç kimi təəccübləndirmir. Lakin orada ən ekzotik ölkələrdə dronlar peyda olduqda, bu artıq bir göstəricidir”, – deyə o bildirib.
Onun sözlərinə görə, Ukrayna bazarlara nə qədər tez ekspansiyaya başlasa, dövlət üçün bir o qədər yaxşı olacaq və Ukrayna şirkətlərinin yaşamaq və inkişaf etmək şansı da bir o qədər artacaq:
“Mən əminəm ki, kifayət qədər uzun müddət ərzində biz təhlükəsizlik ixracatçısına çevrilə bilərik. Lakin unutmayın ki, Rusiya da hazırda bununla bağlı eyni şərtləri və təklifləri irəli sürür. Unutmaq olmaz ki, bu dünyada bunu təklif edə bilən yeganə tərəf biz deyilik. Əgər bunu biz təklif etməsək, düşmənimiz təklif edəcək”.
- ABŞ-da hakim Trampa qarşı çıxdı: Söz azadlığını pozur...
- Mirzoyan xarici səfirləri Türkiyə sərhədinə apardı
- Moskvaya gedən avtobus qəzaya uğradı: 5 ölü, 38 yaralı
- Nepalda ölənlərin sayı 734 nəfərə çatdı
- Biz hazır olmalıyıq, hücumun nə vaxt olacağını... - Karis
- 1649-cu gün: Rusiyanın itkiləri yeniləndi
- FHN-dən qeyri-sabit hava ilə bağlı əhaliyə - Müraciət
- Bunu biz təklif etməsək, Rusiya edəcək - Budanov