Ukraynada yeni təhlükə: limanlar ölümcül zonaya çevrilib

09:03 - 30 Avqust 2026 - GÜNDƏM

 Ukraynada yeni təhlükə: limanlar ölümcül zonaya çevrilib

Rusiyanın yeni “Bandеrol” qanadlı raketindən istifadə etməsi Ukraynanın Qara dəniz limanlarının blokadaya alınmasına səbəb olub.

BUTA.TV xəbər verir ki, bu barədə "Deyli Teleqrаf" qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, “Bandеrol” raketləri iyulun sonundan etibarən Ukraynanın Qara dəniz sahillərini yük gəmiləri üçün girişin qadağan edildiyi ölümcül təhlükəli zonaya çevirib.

Çernomorsk və Odessa limanlarında kommersiya gəmiçiliyi demək olar ki, tamamilə dayanıb.

Ukrayna Limanları Assosiasiyasının prezidenti Dmitri Barinovun sözlərinə görə, 20 iyuldan 20 avqusta qədər Odessadan gündə orta hesabla yalnız bir gəmi yola düşürdü, halbuki bu rəqəm əvvəllər səkkizə çatırdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol