İran İnsan Haqları Təşkilatının hesabatına əsasən, ötən həftə İranda 28 nəfər edam edilib, 99 nəfər saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Məlumata görə, Məhəbad, Şinno, Piranşəhr, Nəqədə və Dərəşəhr şəhərlərində 58 nəfər, Fars əyalətində isə son etirazlarda iştirak etdikləri iddiası ilə 30 nəfər saxlanılıb. Bundan başqa, müxtəlif əyalətlərdə Bəhai icmasının ən azı 11 üzvü həbs edilərək zindana göndərilib.
Bildirilib ki, 28 edam Qızılhasar, Zahidan, Şiraz, Rəşt, Xürrəmabad, Təbriz, İsfahan və Yəzd həbsxanalarında həyata keçirilib.
Həmçinin Şərif Universitetinin 6 tələbəsinin və Bircənd Universitetinin bir Bəhai tələbəsinin universitetdən xaric edildiyi və ya təhsilinin dayandırıldığı qeyd olunub. Ölkənin müxtəlif şəhərlərində təqaüdçü və işçilərin iştirakı ilə 40-dan çox etiraz aksiyası keçirilib, Bərcərd və Mahşəhrdəki zavodlardan isə 300-dən çox işçi işdən çıxarılıb.
- Rusiya üzərində 85 PUA... - MN
- Putindən Lukaşenkoya: Nəyisə dəqiqləşdirmək lazım olsa...
- Moskva polisi metroda reyd keçirdi, 140 miqrant saxlanıldı
- Şəhidin həyat yoldaşı və qızı tələbə oldu - Fotolar
- İranda daha 28 nəfər edam edildi
- Ukrayna ilin sonuna kimi bu şəhərləri itirə bilər
- Kiyevdə hava hücumu xəbərdarlığı elan edildi
- Talibançılar kömək üçün Almaniyaya getdilər