Son zamanlar “Qarabağ”ın futbolçusu Elvin Cəfərquliyevin meydana çıxdığı matçlardakı aqressiv hərəkətləri müzakirə mövzusuna çevrilib.
“BUTA.TV” xəbər verir ki, futbolçunun hakimlərə qarşı davranışı, qırmızı vərəqələr alması həm futbol azarkeşləri, həm də sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilir. Onun bu cür davranışları komandanın nəticələrinə də öz təsirini göstərir.
Belə ki, Elvinin Avropa Liqasının pley-off mərhələsində “Braqa” ilə keçirilən cavab oyununda (2:3) hakimə tüpürməsi oyunun gedişatına təsir etməklə yanaşı, onun 1/8 finalda qarşılaşacağı Almaniya nəhəngi “Bayer”lə (Leverkuzen) oyunda heyətdə ola bilməməsinə səbəb olmuşdu. Həmçinin bu matçdan sonra futbolçu instaqram hesabında etdiyi paylaşımla tənqid hədəfinə çevrilmişdi. E.Cəfərquliyev hesabında “Braqa” ilə matçda hakimə tüpürdüyü epizodu “azərbaycanlı olduğunu demədən göstər” səsi ilə paylaşaraq intizamsız davranışların davam etirmişdi.
23 yaşlı futbolçu Avropa Liqasının 1/8 mərhələsində “Bayer”lə (2:3) keçirilən səfər oyununda qırmızı kart almışdı. Nəticədə komandasının azlıqda qalıb güclü rəqibi qarşısında əziyyət çəkməsinə səbəb olmuşdu. Elə E.Cəfərquliyevin meydanda olmamasının da təsiri ilə almanlar 3 qol vurub geridönüş edərək “Qarabağ”ı məğlubiyyətə uğratmışdı.
Bu oyunlardan sonra tənqid hədəfinə çevrilən müdafiəçi etdiklərindən nəticə çıxarmaq əvəzinə daha bir hərəkəti ilə gündəmə gəldi. Belə ki, o, martın 25-i Azərbaycan yığmasının Bolqarıstan millisi ilə keçirilən oyunundan (1:1) sonra hakimə qarşı sərt davranışları ilə diqqət çəkdi. Həmin görüntülərdən sonra isə sosial şəbəkə istifadəçiləri Elvin Cəfərquliyevin aqressiv hərəkətləri qınadılar.
Maraqlıdır ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandasının və futbolçuların nizam intizamına xüsusi diqqət yetirsə də, hələ ki, E.Cəfərquliyevin problemləri aradan qalxmır. Futbolçu etdiyi yanlışlardan sonra tənqid edildiyi halda sosial şəbəkə hesablarında bu mövzuları paylaşaraq tərəfdarları daha da qıcıqlandırır. Yəqin ki, Qurban Qurbanov milli komandadakı matçdan sonra hakimə qarşı aqressiv davranan Elvinlə bağlı hansısa tədbir görəcək.
- Bakıda keçirilən COP29-un bitəcəyi tarix açıqlandı
- Netanyahu Bakıya gələrsə, həbs ediləcək? - “Məntiq bunu deməyə əsas verir”
- Japarov Azərbaycanla bağlı bu sazişi təsdiqlədi
- COP29 Sədrliyi bəyanat yaydı
- Prezident bu nazirə ali xüsusi rütbə verdi
- Berbok Bakıdan səsləndi: Kritik məqama yaxınlaşırıq!
- Bu sahəyə ayrılan pullar düzgün xərclənilmir - BMT
- Qazaxın azad olunan kəndlərində yeni zastavalar tikiləcək