Azərbaycan tərəfi Ukraynaya silah tədarükü barədə məlumatı rəsmi şəkildə təkzib edib.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın guya Ukraynaya silah tədarük etməsi ilə bağlı bu gün keçirilən brifinqdə sual verən erməni jurnalistə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Mariya Zaxarova xatırladıb.
O qeyd edib ki, Ukraynaya potensial silah tədarükü ilə bağlı bütün məlumatlar Rusiyanın müvafiq qurumları tərəfindən diqqətlə yoxlanılır və həmin ölkələrlə müzakirə olunur:
“Diqqətinizə çatdırım ki, Azərbaycan tərəfi sözügedən məlumatı rəsmən təkzib edib. Bir daha xatırladıram ki, biz həm də bu məsələ ilə bağlı sıx şəkildə əlaqə saxlayırıq".
- Azərbaycanda ən çox bazar bu bölgədədir
- Göygöldə Yaylaq Festivalında çardaq uçdu - Xəsarət alanlar var+Video-Yenilənib
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video
- Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
- Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? - Video
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr