Cəhri-Buzqov avtomobil yolunda qaya uçqunu baş verib.
BUTA.TV xəbər verir ki, bu barədə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi publik hüquqi şəxsin mətbuat xidməti məlumat yayıb.
Hadisə Cəhri-Buzqov avtomobil yolunun 18-20-ci km-lik hissəsində qeydə alınıb. Qaya parçaları yolun hərəkət hissəsinə düşüb və avtomobillərin hərəkətini məhdudlaşdırıb.
Sözügedən yolda yaranmış problemlə bağlı dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi texnikası və canlı qüvvəsi cəlb edilib.
Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində həmin yolda hərəkətin fasiləsizliyi və təhlükəsizliyi qısa zamanda təmin olunub.
- Azərbaycanda ən çox bazar bu bölgədədir
- “Ən ağır yükünüz olimpiya dünya çempionları olsun!” - Firdovsi Umudovdan güləşçilərə dəstək+Video
- Astarada azyaşlılara dini dərnək təşkil etdi, cərimələndi
- Bu universitet bağlanır: Diplom məsələsi necə olacaq? - Video
- 19 bankda əmanətlərin ümumi məbləği açıqlandı
- Anomal isti bu insanlar üçün əlverişsizdir
- Məşhurların pulları hara getdi? - “Ahbap”a ianələr
- Ağdamın daha 2 kəndində yanğın başladı