Təbii ki, beş il sonra milliyə qayıtdığım və oynadığım üçün çox sevincliyəm.
BUTA.TV xəbər verir ki, bunu İdman.biz-ə “Qarabağ”ın futbolçusu Yassin Benzia deyib.
30 yaşlı yarımmüdafiəçi Əlcəzair millisinə geri dönməsini şərh edib:
“Mən heç vaxt milliyə dönməklə bağlı ümidimi itirməmişdim. Buna görə də məşqlərdə həvəslə və səylə çalışırdım. Milliyə dönməyimdə "Qarabağ"ın və Qurban Qurbanovun da xidmətləri, əməyi danılmazdır. Onlara təşəkkürüm sonsuzdur. Oyunlar yaxşı keçdi. Maraqlı və baxımlı matçlara şahid olduq”.
Əmircanda Şəhidlər xiyabanından dekorativ ağaclar oğurlanıb? - Video
O, CAR-a vurduğu fantastik qoluna da münasibət bildirib:
“Doğrudan da çox qəşəng qol alındı. Təbii ki, belə gözəl qol vurulan zaman hamı həmin hadisədən danışır. Amma bu dəfəki, qol dünya mediasını zəbt edib. Bu da mənim üçün sevindirici haldır”.
Qeyd edək ki, Benzia Əlcəzair millisinin heyətində "FİFA series - Edition 2024" turniri çərçivəsində CAR və Boliviya ilə matçda 3 qol və 1 assisti ilə yadda qalıb.
- Bakıda magistralla qaçan cins atlar kimindir? - Video
- Atasını itirən Messiyə təsirli jest - Fotolar
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı