Bakı metropolitenin deposuna daxil olan 3 xarici ölkə vətəndaşının saxlanılması barədə məlumatlar yayılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən BUTA.TV-a bildirilib ki, turist kimi ölkəmizdə olan Avstraliya, Yeni Zellandiya və Fransa vətəndaşları qatarların dayandığı depoya gizli daxil olaraq bir neçə vaqonu boya ilə yazaraq əmlaka qəsdən ziyan vurublar.
Həmin şəxslər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. Araşdırmalarla dəyən ziyanın miqdarı 4850 manat müəyyən edilib. Qanunvericiliyə uyğun olaraq dövlət əmlakını qəsdən zədələyən həmin şəxslər müvafiq məhkəməyə çıxarılacaq.
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Prezident Yevdayevi təltif etdi
- Bakıda küçələr yuyuldu - Foto
- Şəhidin hakim qızının öldüyü qəza ilə bağlı hökm oxundu
- İşğaldan azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər...
- 12 yaşlı qızın ölümünə görə 16 yaşlı bacısı saxlanıldı - Yenilənib
- Sabah da 41 dərəcə isti olacaq
- “Vəziyyət çox pisdir...” - “Sədərək”də alver azalır - Video