Ermənistan Müdafiə Nazirliyi ötən gün qoşunlarının Arazdəyən istiqamətindən Kərki kəndinə doğru hərəkətini əks etdirən görüntülər barədə açıqlama yayıb.
BUTA.TV xəbər verir ki, Ermənistan MN yayılan görüntülərin həqiqəti əks etdirmədiyini iddi edib.
Bildirib ki, Ermənistan-Azərbaycan dövlət sərhədində son əməliyyat vəziyyəti stabildir və sərhədin mühafizəsi üçün əlavə tədbirlərin görülməsinə ehtiyac görmür:
“Dünən, martın 30-da təlim prosesi çərçivəsində avtoyürüş keçirən işə götürülən sürücülərin fotoşəkilləri bir sıra teleqram kanallarında yayılaraq, bunu qoşunların hərəkəti kimi təqdim etməyə çalışırlar”.
“Bütün məsuliyyət Vado Korovinlə onun üzərinə düşür” - “Space TV”nin açıqlaması
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi fevral ayında açıqlama yayaraq, 1 aprel-28 iyun tarixləri arasında ehtiyatda olan 4799 hərbi qulluqçunu təlimə çağıracağını elan etmişdi. Yəni ehtiyatda olanların təlimi hələ 1 apreldə başlayacaq, ona görə də 30 martda “təlim prosesi çərçivəsində işə götürülən sürücülərin avtoyürüşü” məntiqi özünü doğrultmur.
İkincisi, “təlim keçirən sürücülərin avtoyürüşü zamanı” hərbi maşınlar əsgərlərlə dolu olmur.
Üçüncüsü, zirehli texnikanın, o cümlədən tankların daşınmasının da “təlim keçən sürücülərin avtoyürüşünə” heç bir aidiyyəti yoxdur. Videodan isə ağır texnikanın daşındığı görünür.
Dördüncüsü, niyə təlim keçən sürücülər məhz sərhədimizə doğru hərəkət edirlər? Ermənistanda “təlim keçiləcək” başqa yol yoxdurmu?
- Şok əməliyyat: bir neçə sahibkar saxlanıldı - Detallar
- Bakıda iki küçənin təmirinə 23 milyon pul ayrılacaq
- “Zolotaya Korona” ilə Azərbaycana pul köçürülməsi - Dayandırıldı
- Bakı İstintaq Təcridxanasının sabiq rəisi öldü - Foto
- Anomal istilər: DYP-dən sürücülərə xəbərdarlıq
- 65 yaşı tamam olan vətəndaş pensiyaya çıxa bilmir - Video
- Məşhur həbsxana rəisi vəfat etdi - Foto
- Cəbrayılın Soltanlı kəndinin sakinlərinə şad xəbər!