ABŞ-ın danışıqlar üçün cavabı yetərli deyil - Rzayi
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Vaşinqton Tehranın danışıqlara başlamaq üçün irəli sürdüyü şərtlərin bir hissəsini qəbul etsə də, cavabı yetərli deyil.
BUTA.TV xəbər verir ki, Rzayi bu barədə Press TV-yə müsahibəsində danışıb.
Onun sözlərinə görə, ABŞ İranın şərtlərinin bir qismini qəbul edib, lakin bəzi məsələlər üzrə qeyri-müəyyənlik qalır:
“Amerikalılar bizə cavab veriblər və bu cavabı yetərli hesab etmirik. Növbəti mərhələlərə keçmək üçün həmin qeyri-müəyyənliklərin aradan qaldırılıb-qaldırılmayacağına baxmaq lazımdır”.
Şura katibi qeyd edib ki, son iki ay ərzində Vaşinqton diplomatik əlaqələri bərpa etmək təklifləri ilə vasitəçilər üzərindən dəfələrlə Tehrana müraciət edib. Onun sözlərinə görə, bu təkliflər Pakistan, Qətər və İraq vasitəsilə çatdırılıb.
Rzayi bildirib ki, İran ABŞ-a yeddi şərt təqdim edib və onların yerinə yetirilməyəcəyi halda nə Hörmüz boğazının Vaşinqton üçün açılacağını, nə də danışıqların keçiriləcəyini bəyan edib.
Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video