Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsində prezident seçkilərinin keçirilməsi üçün Rusiyanın 60 günlük tam atəşkəsə razılıq verməli olduğunu bildirib.

BUTA.TV xəbər verir ki, Zelenski bu barədə ABŞ-ın ABC telekanalına müsahibəsində danışıb.

“Putinə deyin ki, bizə iki ay, 60 günlük tam atəşkəs versin. Biz də seçkiləri təşkil edək”, – dövlət başçısı bildirib.

Zelenski ABŞ Prezidenti Donald Trampın Ukraynada rəhbərliyin dəyişdirilməsi ilə bağlı açıqlamasına da münasibət bildirib.

O vurğulayıb ki, Ukraynaya kimin rəhbərlik edəcəyinə yalnız ölkə vətəndaşları qərar verməlidirlər.

“Bütün hörmətimlə, liderin kim olacağını seçmək xalqımızın öz işidir”, – Zelenski qeyd edib.

Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video Paşinyanın Azərbaycan əsgəri ilə bağlı suala verdiyi reaksiya gündəm oldu - Video