Hörmüzdə tanker hücuma məruz qaldı - Təsdiq
Hörmüz boğazında daha bir tanker hücuma məruz qalıb. Hadisə nəticəsində gəmi zədələnsə də, ekipaj üzvlərinin təhlükəsizliyi təmin olunub.
BUTA.TV xəbər verir ki, bu barədə Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) məlumat yayıb.
Mərkəzin məlumatına görə, tankerin təhlükəsizliyinə cavabdeh şirkətin nümayəndəsi gəminin boğazdan çıxarkən sol bortuna naməlum mərminin dəydiyini bildirib. Nəticədə gəmi zədələnib.
Ekipaj üzvlərinin təhlükəsizlikdə olduğu bildirilir. Ətraf mühitə mümkün zərərlə bağlı isə hələlik məlumat yoxdur. Tankerin adı və hansı limana qeydiyyatda olduğu açıqlanmayıb.
Qeyd edək ki, SEPAH "Hörmüz boğazında İranın icazəsi olmadan keçən" supertankerin minaya düşdüyünü açıqlamışdı.
Şəmkirdə 18 yaşlı oğlan bıçaqlandı - Əkiz qardaşı saxlanıldı - Yenilənib