Türkiyədə seçki: Kosmonavt geyimi ilə səs verdi – Foto

14:20 - 31 Mart 2024 - GÜNDƏM

 Türkiyədə seçki: Kosmonavt geyimi ilə səs verdi – Foto

Xəbər verdiyimiz kimi, bu gün Türkiyədə bələdiyyə seçkiləri keçirilir.

BUTA.TV xəbər verir ki, seçkiyə qeyri-adi geyimlərdə gələn vətəndaşlar diqqəti cəlb edib.

Belə ki, Adananın Çukurova rayonunda 63 yaşlı seçici seçki məntəqəsinə milli geyimdə gələrək səs verib. Düzcədə isə 34 yaşlı vətəndaş məntəqəyə kosmonavt paltarında gəlib. O, Türkiyənin ilk kosmonavtı Alpər Gəzəravcıdan təsirləndiyini bildirib.

İzmirin Bornova və Bayraqlı rayonunda isə at təlimçisi Faruk Ceren və şagirdi Melisa Onuk seçki məntəqəsinə at üstündə gələrək səs verib. Adanada isə əhali arasında “Adana kralı” kimi tanınan 69 yaşlı Hüseyn Şən seçki məntəqəsinə kral geyimində gəlib. O, bununla könüllü şəkildə Adananı tanıtmaq istədiyini bildirib.

Bu xəbər hal-hazırda çox oxunur
Saxlanılan tiktokerlər nə edirmişlər? - ARAŞDIRMA

Bundan başqa, bir nəfər vətəndaş da seçki məntəqəsinə tutuquşu ilə gəlib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol