Rusiya Xarici İşlər Nazirliyi terrorçuların dərhal həbs olunaraq ekstradisiyası ilə bağlı Bombalı Terrorçulara qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya (ICBT) və Terrorizmin Maliyyələşdirilməsinə qarşı Mübarizə üzrə Beynəlxalq Konvensiya (ICFT) çərçivəsində Ukrayna hakimiyyətinə tələblərini çatdırıb.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Rusiya XİN Rusiya ərazisində terakt törədən şəxslərin dərhal həbs edilərək, təhvil verilməsini tələb edib.
Bu tələblər arasında martın 25-də Ukraynanın 2022-ci ilin oktyabrında Krım körpüsünün bombalanmasını və digər terror aktlarının təşkilinin təfərrüatını etiraf edən Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyukun həbsi də var.
“Beynəlxalq terrorizmlə mübarizə hər bir dövlətin borcudur. Rusiya tərəfi Kiyev rejimindən terror fəaliyyətinə hər hansı dəstəyi dərhal dayandırmağı, cinayətkarları təhvil verməyi və zərərçəkənlərə dəymiş ziyanı ödəməyi tələb edir. Ukraynanın antiterror konvensiyaları üzrə öhdəliklərini pozması onun beynəlxalq hüquqi məsuliyyətinə səbəb olacaq”, - bəyanatda bildirilib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu