Sülhü unudun: ermənilər ancaq xəyanət bacarır - Mixaylov

09:10 - 3 Aprel 2024 - GÜNDƏM

 Sülhü unudun: ermənilər ancaq xəyanət bacarır - Mixaylov

Rusiyalı politoloq, millətlərarası münaqişələr üzrə mütəxəssis və təhlükəsizlik üzrə ekspert Yevgeni Mixaylovun BUTA.TV-a müsahibəsi:

- Artıq bir neçə gündür Ermənistan Azərbaycanla şərti sərhədə hərbi texnika köçürməyə və hücum dayaqları yaratmağa başlayıb. Bakının sülh müqaviləsi imzalamağa sadiq olduğunu nəzərə alsaq, İrəvan nəyə hazırlaşır?

- İrəvan müəyyən məsələlərin Azərbaycan tərəfdən güc yolu ilə mümkün həllinə hazırlaşır. Bu aydındır. Ermənistan 2020-ci ildə imzalanmış müqavilələrin yerinə yetirilməsinə razılıq verməməklə strateji müttəfiqi Rusiyanın fikrinə qarşı çıxıb. O, Rusiyanın geosiyasi düşmənləri olan Qərb tərəfdaşları ilə görüşə getdi. Ermənistan hərbi qarşıdurmaya hazırlaşır. Bakı da buna hazırlaşmalıdır. Sülh müqaviləsini unudun. Əgər sənəd Rusiyanın iştirakı və Azərbaycanla müttəfiqlik müqavilələri olan şərtlərlə imzalanmasa, o zaman Bakıya təzyiq edən Qərbin şərtləri ilə də imzalanmayacaq. Belə bir şəraitdə Azərbaycan yaranan geosiyasi problemi öz müttəfiqləri ilə həll etməlidir. Amma hələlik bu problemi diplomatik yolla həll etməyə çalışmalıyıq.

- Azərbaycanla şərti sərhəddə Ermənistan ordusunun fəaliyyətini sübut edən foto və videolar var. Lakin AB-nin Ermənistandakı missiyası “heç bir qeyri-adi hərbi hərəkətin qeydə alınmadığını” iddia edir. AB missiyası bununla nəyə nail olmaq istəyir?

Bu xəbər hal-hazırda çox oxunur
"4 dəqiqəyə 7 min qazanıram" - VİDEO

- Bəllidir ki, AB missiyası Qərb müttəfiqlərinin Azərbaycana və Rusiyaya qarşı kəşfiyyat missiyasıdır. Təbii ki, onlar heç nə qeydə almayacaqlar. Sadəcə nəticə çıxarmaq və hərəkət etmək lazımdır. Bunlar düşməndir. Onların Ermənistan tərəfindən heç bir qanun pozuntusunu qeydə almamalarına təəccüblənmək olmaz. Amma Azərbaycan tərəfdən qanun pozuntularını qeydə alacaqlar. Bu, çoxdan bəllidir. Biz ya hərbi əməliyyatlara hazırlaşmalıyıq, ya da diplomatik həll üçün təzyiq tapmalıyıq.

- Rusiya ilə Ermənistan arasındakı son gərginliyi nəzərə alsaq, baş verənlərlə bağlı Moskvadan hansı reaksiyanı gözləməliyik?

- Moskva müşahidə edəcək. Rusiya bütün diplomatik, iqtisadi, beynəlxalq imkanlarını özündə cəmləşdirməyə çalışacaq, çünki Qərb tərəfdaşlarının Ermənistanı dəstəkləyərək nəyi planlaşdırdıqlarını anlamaq üçün hələ də gizli, qapalı kanallarımız var. Bizim kifayət qədər kəşfiyyat imkanlarımız var. Kimsə Moskvanın dərhal Ermənistana qarşı güc yolu ilə nəsə edəcəyini arzulayırsa, bu, olmayacaq. İrəvan rəhbərliyini sıxışdırmaq üçün kifayət qədər iqtisadi imkanlarımız var. Ermənistan dövlətinin mahiyyəti bundan ibarətdir. Onlar daim bir kuratordan digərinə keçməyə çalışan kiçik xalqdır. Əvvəlcə bəzilərinə, sonra başqalarına xəyanət edərək heç bir şəkildə qərar verə bilmirlər. Və sonda özlərinə gəlməsələr, dövlətçiliklərini itirə bilərlər.

- Bütün bu qarşıdan gələn təxribatlara cavab olaraq Bakı hansı addımı ata bilər?

- Bakının nə edəcəyini təxmin etmək çox çətindir. Hər il payızda, dövri olaraq götürsək, Bakı məsələni güc yolu ilə həll edirdi. Bu payızda isə ABŞ-da prezident seçkilsi olacaq. Həm də payıza qədər çoxlu təlatümlər olacaq. Çox güman ki, kimsə payıza qədər Ermənistanı dəstəkləməkdən imtina edəcək. Əgər o, danışıqlar prosesində əvvəllər əldə edilmiş şərtlərlə razılaşsa, o zaman Azərbaycan kəndlərini geri qaytarılacaq, sərhəd tam delimitasiya olunacaq, minalanmış ərazilərin xəritələrini verəcək. Bu baş verməsə, o zaman məsələnin güc yolu ilə həllinə ehtimal verirəm. Unutmaq olmaz ki, Zəngəzur dəhlizi Azərbaycan üçün çox önəmlidir. Naxçıvana yolun sülhlə açılmasına dair razılaşma yoxdursa, o zaman güc variantından başqa heç nə nəzərdə tutulmur. Ümid edirəm ki, bu baş verməz, amma ən pisinə hazırlaşmalıyıq.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol