Meksikada KONKAKAF Çempionlar Kubokunun 1/4 final mərhələsinin cavab oyunu keçirilib.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, yerli "Monterrey" “İnter Mayami”ni qəbul edib. Meydan sahibləri 3:1 hesabı ilə qalib gəlib. Qonaqların yeganə qolunu Lionel Messinin ötürməsindən Dieqo Qomez vurub.
Florida təmsilçisi matçı azlıqda başa vurub. Müdafiəçi Xordi Alba 4 dəqiqə ərzində 2 sarı vərəqə alaraq (75-ci, 79-cu) meydandan qovulub.
Qeyd edək ki, komandalar arasında baş tutan ilk görüşdə də "Monterrey" qələbə qazanmışdı - 2:1.
- Niger parlamentinin sədri Bakıya gəldi
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda avtobus 75 yaşlı qadının üstündən keçdi - Anbaan video
- Prezident qəbul keçirdi - Fotolar
- Azərbaycandan Ermənistana 1000 ton yanacaq göndərildi
- Millinin forması geyindirilmiş ördək viral oldu - Fotolar
- Yuxarı Qarabağ kanalında batan kişinin meyiti tapıldı
- Regionlarda yağış, Bakıda güclü külək... - Faktiki hava