Ötən həftə baş məşqçisi Fernando Santosla yollarını ayıran "Beşiktaş" yeni çalışdırıcının axtarışlarına başlayıb.
BUTA.TV Publika.az-a istinadla xəbər verir ki, İstanbul klubunun rəhbərliyinin 2 planı var: cari mövsümü tamamlayacaqları məşqçi tapmaq, bu müddətdə yeni mövsüm üçün mütəxəssis axtarmaq və ya birdəfəlik komandanı uğursuzluqdan xilas edəcək şəxslə anlaşmaq.
Türkiyə mətbuatının məlumatına görə, "Beşiktaş"ın baş məşqçi postuna 5 namizəd var. Söhbət Mauritsio Sarri, Antonio Konte, Sərgən Yalçın, Mirça Luçesku və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdan gedir. Bununla bağlı sosial şəbəkələrin Türkiyə seqmentində və mətbuatında çoxsaylı məlumatlar paylaşılır.
"Beşitkaş" azarkeşləri də baş məşqçi məsələsinə biganə qalmırlar. Onların əksəri xəbərlərə münasibət bildirərək Qurban Qurbanovun namizədliyini dəstəklədiklərini açıqlayırlar. Hətta digər klubların fanatları da 52 yaşlı mütəxəssisi Superliqada izləməkdə maraqlıdırlar.
Ancaq rəy bildirənlərin bir hissəsi Qurbanovun "Qarabağ"ı tərk edərək "Beşiktaş"a gəlməyəcəyini bildirirlər:
- "Qalatasaray"lı olaraq, məncə, ən yaxşı Qurbanovdur;
- Mütləq Qurban Qurbanov;
- Qurbanov deməyən tennis izləsin;
- Qurbanov ən yaxşıdır, amma gəlməz;
- Qurbanov gələrsə, əcaib bir şey olar.
- Azərbaycanda yanacaq bahalaşacaq, yoxsa ucuzlaşacaq?
- AZAL təyyarəsi qəzaya düşmədən öncə... - Yeni video
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?