İranla İsrail arasında münaqişənin genişlənməsi və Təl-Əvivin İrana gözlənilən hücumu ilə eyni vaxtda Təbrizin "Traktor" futbol komandasının ispaniyalı baş məşqçisi Pako Xemez istefa verib.
BUTA.TV xəbər verir ki, bu barədə “Traktor” klubunun baş direktoru Huşəng Nəsirzadə “Həm Mihən” qəzetinə müsahibəsində deyib.
İran mediası baş məşqçinin istefa səbəbini “Traktor” komandasının son qarşılaşmasında İsfahan təmsilçisi qarşısında 4-1 hesablı məğlubiyyəti ilə əlaqələndirməyə çalışıb.
H.Nəsirzadə bunu təkzib edərək, Pako Xemezin siyasi və təhlükəsizlik məsələlərinə görə istefa tələb etdiyini bildirib:
“Xemez siyasi səbəblərə görə komandadan ayrılmaq qərarına gəlib. Ölkədə təhlükəsizlik problemi olmasa da, bəziləri bu barədə fərqli düşünür. Braziliyanın İrandakı səfirliyi də "Traktor" komandasında çıxış edən Qustav Vaqnindən İranı tərk etməsini istəyib”.
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü
- Binədə iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video