Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) iyulun 23-26-də Bakıda keçiriləcək "Dream Fest" Beynəlxalq Musiqi Festivalının iştirakçılarının rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək, yollarda yarana biləcək sıxlığın qarşısını almaq məqsədilə avtobuslar ayırıb.
Bu barədə BUTA.TV-a AYNA-dan məlumat verilib.
Bildirilib ki, ziyarətçilərin həmin tarixlərdə hər gün saat 17:00-dan 19:30-a qədər "Koroğlu" metrostansiyasının şimal çıxışındakı Nəqliyyat Mübadilə Mərkəzindən "Sea Breeze"ə, saat 22:00 dan 00:00-dək isə geriyə daşınması ödənişsiz şəkildə təmin ediləcək:
"Sea Breeze" və ətrafında parklanma yerlərinin məhdud olmasını nəzərə alaraq, festival iştirakçıları və qonaqlarına səfərlərini şəxsi minik avtomobilləri ilə deyil, xüsusi ayrılmış avtobuslarla həyata keçirmələri tövsiyə olunur".
- Qırğızıstan vətəndaşı Rusiyaya təhvil verildi
- Xətai İH Milli Mətbuat Günü ilə bağlı tədbir keçirdi - Foto
- 4 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edildi
- Bu şəxslər üçün ödənişsiz avtobuslar ayrıldı
- Özbəkistan onu Azərbaycana təhvil verdi
- Bir “Dünyanın aparıcı fintexləri” sırasına daxil edilib
- Həsən bəy Zərdabi adına Media Mükafatı onlara verildi
- “AzerGold”da işə qəbulla bağlı növbəti test imtahanı keçirilib