İsrail İranın son kütləvi hücumuna cavab olaraq səthi qisasla kifayətlənmək istəmir.
BUTA.TV xəbər verir ki, bu barədə “Faynənşl Tayms” adının açıqlanmasını istəməyən İsrail rəsmisinə istinadən məlumat yayıb.
“Məqsəd İrana ağrılı siqnal göndərməkdir. İsrailin cavabı Tehranın hücumunun miqyasına yaxınlaşmalıdır”, - İsrail rəsmisi bildirib.
Nəşrin məlumatına əsasən, İsrailin hərbi kabineti aprelin 16-da ardıcıl üçüncü iclası keçirəcək və orada İranın hərəkətlərinə mümkün hərbi cavab müzakirə olunacaq.
Qeyd edək ki, İran aprelin 13-dən 14-nə keçən gecə İsrailə PUA və raketlərlə hücum edib.
- Speys TV-nin bank hesablarına həbs qoyuldu
- Sabah hava necə olacaq?
- Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Video
- CHP-dən istefa verib - Yeni partiya yaratdı
- Həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
- Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü