Bu ilin yanvar-mart aylarında Azərbaycan 361 milyon dollar dəyərində 19 571 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.
Dövlət Gömrük Komitəsindən BUTA.TV-a bildirilib ki, idxal olunan avtomobillər arasında 830-u elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Qeyd edək ki, bu növ avtomobillərin idxalı 2 dəfə artıb.
Bundan başqa, sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 35 ədəd olub. Bu növ avtomobillər 23,9 faiz azalıb.
Əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 8,6 faiz azalaraq 17 610 ədəd təşkil edib.
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü
- Dizinə antibiotik iynəsi vuran kişi öldü
- Binədə iki avtobus toqquşdu: 22 nəfər xəsarət aldı
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video