Həftə sonunda yaşanan hadisələr (İranın İsrailə PUA və raket hücumu – red.) Qərbin ikili standartlarını göstərdi.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Son olayda problemin kökü doğru göstərilmədi. 7 oktyabrdan bəri İsrail provokativ addımlar atmaqdadır. Əvvəlcə qınanılması lazım olan şəxs Netanyahunun özüdür. Qəzzada 34 mindən çox dinc insanı öldürən, kilsələri bombalayan, 193 gündür beynəlxalq ictimaiyyət qarşısında soyqırım həyata keçirən, hər cür şıltaqlığı edən Netanyahudan başqası deyildir. Türkiyə olaraq son 2 gündə Qəzzadakı qətliamların arxa plana keçməməsi üçün müzakirələri artırdıq”, - deyə dövlət rəhbəri bildirib.
- Speys TV-nin bank hesablarına həbs qoyuldu
- Sabah hava necə olacaq?
- Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Video
- CHP-dən istefa verib - Yeni partiya yaratdı
- Həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
- Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü