Çeçenistan rəhbəri Ramzan Kadırovun 19 yaşlı qızı Təbarik Kadırova “Çeçenistan Respublikası qarşısında xidmətlərinə görə” medalı alıb.
BUTA.TV xəbər verir ki, mükafatı Çeçenistan rəhbəri və hökuməti administrasiyası rəhbərinin birinci müavini və Təbarikin bacısı Xədicat Kadırova elan edib.
X.Kadırovanın sözlərinə görə, bacısı sahibkarlığın inkişafına və regionun investisiya cəlbediciliyinə töhfəsinə görə mükafatlandırılıb.
“Təbarikin işə innovativ yanaşması sayəsində Çeçenistanda kiçik və orta biznesin vəziyyəti yaxşılaşır”.
Qeyd edək ki, ötən il Ramzan Kadırovun 15 yaşlı oğlu Adam da bir sıra mükafatlara layiq görülüb.
- Speys TV-nin bank hesablarına həbs qoyuldu
- Sabah hava necə olacaq?
- Bakı ətrafında yeni dəmiryol xətti çəkiləcək - Video
- CHP-dən istefa verib - Yeni partiya yaratdı
- Həbsdə olan stomatoloqun daha bir cinayəti üzə çıxdı
- Bakıda yeni təhlükə: bu məhsulları almayın - Rəsmi
- "İdrak" liseyindəki cinayət işi qapalı keçiriləcək - Qərar
- Bankda gördüyünü dostlarına danışdı - 200 minlik soyğun kameraya düşdü