İsveçrə Prezidenti Viola Amherd rusiyalı həmkarı Vladimir Putinə məktub göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə "Blick" məlumat yayıb.
Ölkənin Müdafiə Nazirliyinə istinadən bildirilir ki, məktub Vladimir Putinin yenidən Rusiya prezidenti seçilməsindən sonra göndərilib və orada onun yeni səlahiyyət müddəti nəzərə alınmaqla bir neçə mövzuya toxunulub.
Qurumun mətbuat katibi Lorents Frişknext qeyd edib ki, İsveçrə prezidentinin məktubunda "Krokus"da terror aktı və daşqın qurbanlarının yaxınlarına başsağlığı verilib.
Məktub çətin vaxtlarda dialoqa çağırış kimi qiymətləndirilib:
"Prezident məktubda İsveçrənin mövqeyini izah edib və vurğulayıb ki, beynəlxalq hüquqa, insan hüquqlarına, habelə BMT-nin Nizamnaməsində təsbit olunmuş universal prinsiplərə hörmət sülh və firavanlığa nail olmaq üçün kompas olmalıdır”.
- 41 dərəcə isti: Nazirlikdən əhaliyə müraciət...
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video
- 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törətdi
- Gəncədə avtomobil təmiri sexində meyit tapıldı
- Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı