Qax rayonunda İran vətəndaşına məxsus yük avtomobili (TIR) yanaraq yararsız vəziyyətə düşüb.
BUTA.TV Report-a istinadən xəbər verir ki, hadisə Zaqatala-Qax avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, İran İslam Respublikası vətəndaşı Omara Ghaderbakhsh Nazarmohammad oğluna məxsus yük avtomobilində yanğın hadisəsi baş verib.
Yanğın yerinə Qax Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub. Yanğın zamanı UU-532-NU Gürcüstan qeydiyyat nişanlı "Renault" markalı yük avtomobilinin kabini tamamilə, qoşqunun isə bir hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
- 160 milyon manat maliyyə pozuntusu aşkarlanıb
- Həftəsonu temperatur çox yüksək olacaq - Xəbərdarlıq
- Bakı-Quba yolunda piyada ölümü - Anbaan video
- Xəzərdə batan 3 gəncin axtarışı davam edir - Video
- 15 yaşlı oğlan anasının maşınını qaçıraraq qəza törətdi
- Gəncədə avtomobil təmiri sexində meyit tapıldı
- Dənizdə batan 17 yaşlı Arzunun - Fotosu
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı