Vaşinqton Rusiyanın aktivləri ilə bağlı qanunsuz qərar qəbul edərək, onların oğurlanmasına yol verib. İndi Rusiyanın xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün hər cür əsası var.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.
“Vaşinqton oğurluq edərək açıq şəkildə qeyri-qanuni qərar verdi. Bu, şübhəsiz ki, digər dövlətlərin, bizneslərin və özəl investorların ABŞ-a olan inamını sarsıdacaq, bütün qlobal maliyyə sisteminin əsaslandığı mülkiyyət toxunulmazlığı prinsipini məhv edəcək”, - o bildirib.
Onun fikrincə, belə bir qərar presedent yaradaraq beynəlxalq hüquqa düzəlməz ziyan vuracaq:
“İstənilən dövlətin də bunu etmək hüququ olacaq. Ölkəmizin indi xarici aktivlərlə bağlı simmetrik qərarlar qəbul etmək üçün bütün əsasları var. ABŞ Rusiyanın aktivlərinin müsadirəsi haqqında qanun qəbul etməklə AB-ni də eyni addımı atmağa təhrik etmək niyyətindədir, bu, Avropa iqtisadiyyatı üçün dağıdıcı olacaq”.
- Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili