Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan qısa müddətdə müxtəlif məsələləri, o cümlədən Rusiya sərhədçilərinin ölkəni tərk etməsini şəxsən müzakirə edə biləcəklər.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
Gümrüdəki Rusiya hərbi bazası ilə bağlı sualı cavablandıran Peskov deyib ki, bazanın Ermənistan ərazisindən çıxarılması ilə bağlı İrəvandan heç bir siqnal gəlməyib.
Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan Azərbaycanla həmsərhəd Tavuş vilayətində vəziyyətin dəyişməsi ilə bağlı Rusiya sərhədçilərinin postlarının geri alınacağını bildirmişdi.
Xatırladaq ki, Ermənistan-Rusiya ikitərəfli əməkdaşlığı çərçivəsində 2021-ci ildə Tavuş vilayətində Azərbaycanla sərhəddə Rusiya sərhəd mühafizə postları yerləşdirilmişdi.
- Azad edilən 10 kəndə növbəti köç karvanları yola salındı
- Bu verilişlər bağlandı, onlar cəzalandı: bəs sonra?
- Şamaxıda zəlzələ oldu
- Hamının lağ etdiyi saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi