Düşmənimiz Bakı yerimizi tutdu: indi əsas sual…

22:10 - 22 Aprel 2024 - GÜNDƏM

 Düşmənimiz Bakı yerimizi tutdu: indi əsas sual…

Rusiya sülhməramlılarının gözlənilmədən Qarabağdan çıxarılması hamı üçün yeni situasiya yaradır.

BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyan deyib.

“Ermənistan Qarabağ məsələsindən uzaqlaşanda, strateji tərəfdaşla müttəfiq dialoqu dayandırılanda bu yeri sizin düşməniniz tutur. Bu gün bu dialoq Bakı ilə Moskva arasında aparılır və hər biri öz maraqlarını güdür”, - o bildirib.

Onun sözlərinə görə, müxtəlif aktorlar bölgədə qazanclarını maksimuma çatdırmağa və itkiləri azaltmağa çalışırlar:

“Ermənistanın baş naziri tezliklə Rusiyaya gedəcək, ondan sonra bu görüşün nəticələrinin bu gün səslənən bəyanatlara (Rusiyanın Ermənistandakı bazası ilə bağlı - red.) dəyişiklik edib-etməyəcəyi bəlli olacaq. Başqa bir sual da vacibdir: Rusiya qoşunlarının Ermənistandan çıxarılması zamanı onları kim əvəz edəcək?”


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol