Əskiparadakı qədim Alban məbədi Azərbaycana verilir?

22:18 - 22 Aprel 2024 - GÜNDƏM

 Əskiparadakı qədim Alban məbədi Azərbaycana verilir?

Əskipara (Voskepar) kəndinin yanında yerləşən 6-7-ci əsrlərə aid “Surb Astvatsatsin” kilsəsinin Azərbaycana veriləcəyi barədə xəbər doğru deyil.

BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini, Azərbaycanla sərhədin demarkasiyası üzrə komissiyanın sədri Mger Qriqoryanın ofisi məlumat yayıb.

Məlumatda bildirilib ki, demarkasiyadan sonra kilsə Ermənistan ərazisində qalacaq.

Qeyd edək ki, sözügedən abidə Alban məbədidir və ermənilərə qətiyyən aidiyyəti yoxdur. Ermənilər Azərbaycana məxsus Alban abidələrini mənimsəmək və bu abidələr üzərində “ilk xristian xalq” kimi təbliğatlarını qurmaqla onillərlə məşğul olublar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol