Dövlət İmtahan Mərkəzi aprelin 28-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul olmaq istəyənlər üçün imtahan (ikinci cəhd) keçirəcək. Qəbul imtahanı mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri yoxlanılır.
Dövlət İmtahan Mərkəzindən BUTA.TV-a bildirilib ki, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən bakalavrlar xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki mövzudan birini seçməklə esse yazırlar.
Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrların yazdıqları esselərin qiymətləndirilmə meyarları DİM-in saytında yerləşdirilib.
Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
DİM-in saytında olunmuş meyarlar müvafiq yazı tapşırığı üzrə tam bal (5 bal) almaq üçün təqdim olunub.
Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.
Daha ətraflı məlumatı DİM-in saytından əldə etmək olar.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok