Pakistan ordusundan əməliyyat: 8 silahlı məhv edildi

20:10 - 23 Aprel 2024 - GÜNDƏM

 Pakistan ordusundan əməliyyat: 8 silahlı məhv edildi

Pakistanın təhlükəsizlik qüvvələri ölkənin şimal-qərbindəki Hayber Paxtunxva əyalətində azı səkkiz silahlını məhv edib.

BUTA.TV xəbər verir ki, bu barədə “Nyus İnternəşnl” qəzeti məlumat yayıb.

Öldürülən terrorçular aprelin 18-də və 20-də Dera İsmayıl Xan bölgəsində Pakistan Gömrük Xidmətinin əməkdaşlarına qarşı hücumlarda iştirak ediblər. Həmin hücumlarda səkkiz gömrük əməkdaşı ölüb, dördü isə yaralanmışdı.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol