Xankəndidə doğulan ilk körpəyə Ali Baş Komandanın adı qoyulub.
BUTA.TV xəbər verir ki, bunu Trend-ə açıqlamasında yeni doğulan körpənin atası Abbas Abdullayev deyib.
“Allah ordumuzu Ali Baş Komandanımızı qorusun. Bizə bu günü yaşadan şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Mənim uzun illər idi arzum, diləyim vardı ki, uşağıma Ali Baş Komandanımızın adını qoyum.
Mən istəyirəm, övladım onun kimi dövlətinə, millətinə, torpağına bağlı olsun və həmin addımlarla irəliləsin. Övladımın adını İlham qoyuram", - o qeyd edib.
Qeyd edək ki, işğaldan azad edildikdən sonra Xankəndi şəhərindəki tibb müəssisəsində 1997-ci il təvəllüdlü Səadət Namazlının ilk körpəsi dünyaya gəlib.
- İlham Əliyev Qırğızıstana səfər edəcək
- Zakir Həsənov Liviyaya başsağlığı verdi
- Təyyarə qəzası buna cavab ola bilər - Engin Özər
- Onlara pulsuz silahlar verirdilər, özü də milyardlarla dollarlıq...
- Bu, Ermənistanın məqsədyönlü siyasəti idi...
- Əminəm ki, burada rahat yaşayacaqsınız - Prezident
- Orban İlham Əliyevi təbrik etdi
- Saakaşvili İlham Əliyevi təbrik etdi: Qafqazın böyük oğlu...