ABŞ Prezidenti Donald Tramp İranla münaqişə ilə bağlı qərar qəbuletmə mərhələsində olduğunu və yaxın gələcəkdə baş verəcək böyük hadisələri açıqlayıb.

BUTA.TV xəbər verir ki, bu barədə “Foks Nyus”un əməkdaşı Trey Yingst deyib.

"Mən indicə Prezident Trampla İrandakı vəziyyət barədə danışdım. O, açıqlamada qərar qəbuletmə mərhələsində olduğunu və çox da uzaq olmayan gələcəkdə çox böyük hadisələrin baş verəcəyini bildirib”, - deyə jurnalist qeyd edib.

Onun sözlərinə görə, Tramp burada üç ssenarini qeyd edib:

"İranı məhv etmək, iqtisadi cəhətdən çöküşünə icazə vermək və ya razılaşma əldə etmək".