Almaniya davamlı və ədalətli sülhə nail olmaq yolunda Azərbaycan və Ermənistanı dəstəkləyir.
BUTA.TV xəbər verir ki, bu barədə Almaniyanın Azərbaycandakı səfiri Ralf Horlemann "X" sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Azərbaycan və Ermənistan sərhədində ilk sərhəd nişanı quraşdırılıb. Bu, sülhə doğru daha bir görünən addımdır. Biz davamlı və ədalətli sülhə nail olmaq yolunda tərəfləri dəstəkləyirik", - deyə paylaşımda bildirilib.
Qeyd edək ki, 2024-cü il aprelin 23-də Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhəddə yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesi çərçivəsində ilk sərhəd dirəyi quraşdırılıb. İki ölkənin ekspert qruplarının işi davam edir.
Xəbər verildiyi kimi, bu gün Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın səkkizinci görüşünün yekunları üzrə əldə edilən razılaşmalara müvafiq olaraq, iki ölkənin ekspert qrupları yerdəki geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
- Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Duyğusal etiraf - Fotolar - Video
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili