Çeçenistan fövqəladə hallar naziri Əlixan Çakayev avtomobillə yolun əks istiqamətində hərəkət etdiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb.
BUTA.TV xəbər verir ki, bu barədə “Baza” Teleqram kanalı yazıb.
Adının anonim qalmasını istəyən polis əməkdaşlarından biri məlumat verib ki, əks yolla hərəkət etdiyi üçün nazirin olduğu maşın diqqət çəkib və saxlanılıb.
Lakin mübahisədən sonra avtomobilinə əyləşən Çakayev nəqliyyat vasitəsini polislərin üzərinə sürsə də, onu yenə dayandırıblar və general-mayor maşından çıxarılıb.
Polisin dediyinə görə, nazirdə hər hansı sənəd olmayıb və sərxoş vəziyyətdə olub.
Ayaqüstə güclə dayanan nazir üstəlik polisləri təhdid edib, hətta onları zorlayacaqları ilə hədələyib.
Daha sonra əraziyə Çeçenistanın yol-patrul xidmətinin əməkdaşları və “Əhməd” silahlı dəstələri gəlib.
Xüsusi təyinatlıları Çakayevi ərazidən uzaqlaşdıran zaman da, nazir təhdidlərini dayandırmayıb, o, hər kəsi diz çökdürəcəyini bildirib.
- Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili