Tavuş rayonundakı ərazidə dövlət sərhədi müəyyən edildikdən sonra sərhədçilər tərəfindən mühafizə olunacaq. Bundan sonra sərhədin bütün perimetri boyunca prosesi davam etdirilməlidir.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın İctimai Televiziyasına müsahibəsində parlamentin Müdafiə və milli təhlükəsizlik üzrə komissiyasının rəhbəri Andranik Köçəryan deyib.
“İş mübahisəli olan ərazilərə də çatacaq. Ermənistanın suveren ərazisində Azərbaycan qüvvələri var və danışıqlar prosesi başlayacaq ki, sərhədlər düzgün çəkilsin və tərəflər qəbul etsinlər: onlara məxsus olan onlarındır, bizə aid olan isə bizimdir”, - Köçəryan əlavə edib.
Onun sözlərinə görə, ola bilsin ki, proses zamanı mübahisəli ərazilər müvəqqəti olaraq “saxlanılsın”:
“Biz sadəcə olaraq demirik ki, bura bizimdir, bura isə onların – bunun üçün çoxsaylı hüquqi sənədlər və xəritələr var”.
- Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili