Ermənistan hökumətinin KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaq seçimi ölkənin suveren seçimini əks etdirəcək.
BUTA.TV xəbər verir ki, bunu KTMT Baş katibi İmanqali Tasmaqambetov “İzvestiya” nəşrinə müsahibəsində deyib.
“Üzv dövlətlər xarici oyunçularla qarşılıqlı əlaqədə çoxvektorlu siyasətə riayət edirlər ki, bu da onların suveren hüququ olaraq qalır. Müvafiq olaraq, KTMT-nin tərkibində qalmaq və ya təşkilatdan çıxmaqla bağlı İrəvanın seçimi həm də bu müstəqil dövlətin suveren qərarı olacaq.
Katibliyin analitikləri qeyd edirlər ki, Ermənistan KTMT-dən çıxacağı təqdirdə Cənubi Qafqazda güc balansı dəyişə bilər, lakin bu halda təsirini proqnozlaşdırmaq və hesablamaq kifayət qədər çətin olan regional təhlükəsizlik faktorları işə düşəcək.
Hesab edirəm ki, Ermənistanla KTMT arasında fərziyyədən başqa bir şey olmayan qarşıdurma ehtimalı müzakirə edilərkən, tərəflərin resurs bazası və real imkanları nəzərə alınmalıdır. Ona görə də bu məsələ təhlil üçün bir tələbdir”, - Tasmaqambetov bildirib.
- Konqresin saytında Azərbaycanla bağlı qanun layihəsi yerləşdirildi
- Rəsmi Bakı Yəmənlə bağlı mövqeyini açıqladı
- Türkiyə Ermənistanla sərhədi qismən açır
- Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?
- Ölkədən qaçan Axundovun şirkəti kapitalını yarıya endirdi
- Uçuşlar gecikir: Ermənistanda nə baş verir?
- Ukrayna Rusiyanın Krımdakı hərbi bazasını vurdu
- Nazir Rus Evi ilə bağlı iddialara son qoydu