Rusiyanın Ukraynadakı qələbəsi Avropada tarixin gedişatını dəyişəcək.
BUTA.TV xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Parlamentinin sessiyasında deyib.
“Putinin qələbəsi təkcə dünya xəritəsini dəyişməyəcək, həm də Avropa Birliyinin tarixi gedişatını dəyişəcək. Bundan sonra Avropa Birliyi heç vaxt əvvəlki kimi olmayacaq”, - o bildirib.
Leyen yenidən AB ölkələrini Ukraynaya silah vermək üçün birləşməyə çağırıb və Rusiyanı “ekzistensial təhlükə” adlandırıb.
Onun sözlərinə görə, Ukrayna AB naminə ağır bir yük daşıyır və buna görə də birlik ölkələri Ukraynanı özünümüdafiə üçün bütün vasitələrlə təmin etməlidir.
“Ukrayna qalib gəlməlidir”, - o vurğulayıb.
- Bakıda sürücü avtomobili yolun ortasında saxladı - Video
- Şüvəlanda batma təhlükəsi ilə üzləşən şəxs xilas edildi
- Çingiz Əlioğlu vəfat etdi
- Tanınmış şair vəfat etdi
- Gözəl təşəbbüsdür: xüsusi məktəblər yaradılır, amma...
- Çimərliyə getmək istəyənlərin nəzərinə!
- Azərbaycanda iki vəkilə hökm oxundu
- Uzun fasilədən sonra ilk dəfə - Görüntüləri yayıldı+Video