Rusiya müdafiə nazirinin müavini Timur İvanovun həbsinin əsl səbəbi dövlətə xəyanətdir.
BUTA.TV xəbər verir ki, “Vajnıye istorii” internet nəşri Federal Təhlükəsizlik Xidmətindəki mənbəsinə istinadən bu iddia ilə çıxış edib.
Mənbə bildirib ki, rüşvət ittihamı əslində ictimaiyyət üçündür, İvanovun tutduğu vəzifə səbəbindən rəsmi dairələr dövlətə xəyanətdən danışmaq istəmir:
“Heç kim onu korrupsiyaya görə saxlamazdı. Kremldə hamı bu barədə çoxdan bilirdi. Putin bunun məhz vətənə xəyanət məsələsi olduğuna inandıqdan sonra əmr verdi”.
Məqalədə qeyd olunub ki, Rusiya hüquq-mühafizə orqanlarının əlində uzun illərdir İvanovla bağlı kompromatlar var.
Məlumata görə, İstintaq Komitəsi tərəfindən toplanmış materiallar İvanovun “Oboronstroy”un rəhbəri kimi fəaliyyəti ilə bağlı idi:
“Rusiya Müdafiə Nazirliyi 2017-ci ildə bütün bu faktların üzə çıxmasını əngəlləyib, Sergey Şoyqu isə onun müdafiəsi üçün Hərbi Əks-Kəşfiyyat İdarəsinin keçmiş rəisi Nikolay Yuryevə zəng edib. Hazırda isə Hərbi Əks-Kəşfiyyat İdarəsi Timur İvanova qarşı aparılan işə aktiv dəstək verir. İndi onunla nə edəcəklərinə qərar verirlər: ya onu rüşvətə görə həbs edib həbsxanada “bitirəcəklər”, ya da ittihamı vətənə xəyanət kimi təsnif edəcəklər”.
Qeyd edək ki, Timur İvanov dünən saxlanılıb və onun haqqında xüsusilə külli miqdarda rüşvət almaq ittihamı ilə istintaq prosesi başlayıb.
- Saçlarını autizmli oğlu onu tanısın deyə uzadırmış... - Fotolar - Video
- 29 yaşlı şahzadənin hotel otağında sirli ölümünün - Detalları
- Gürcüstan qaranlığa qərq oldu - Foto
- Naxçıvanın bəzi ərazilərində qaz olmayacaq
- Nazir Flora Kərimovanı evində ziyarət etdi
- Nazir Flora Kərimovanın ad gününü evində təbrik etdi - Fotolar
- Qapılar açılmadı... - Fotolar
- MN təsdiqlədi: Öz qırıcımızdır, təlim-məşq uçuşudur - Təcili