Azərbacan hökuməti su qıtlığı probleminin həllinə ardıcıl olaraq sərmayə qoyur, onun həlli ölkənin əsas məqsəd və prioritetlərindən biridir.
BUTA.TV xəbər verir ki, bu barədə “Boston Consulting Group”un icraçı direktoru və tərəfdaşı Anton Kosaçın “Su qıtlığı probleminin həlli: Azərbaycan üçün strategiyalar” adlı hesabatında deyilir.
BCG-nin dəyərləndirməsinə görə, problemin iki potensial həll yolu var: su qıtlığını azaltmaq üçün böyük imkanlar sudan istifadənin təxminən 70 %-ni təşkil edən kənd təsərrüfatında və su resurslarının demək olar qalan hissəsinin hamısının istifadə olunduğu sənayedə mövcuddur.
“Bu riskləri azaltmaq üçün suyun qeyri-məhdud bir resurs kimi qəbul edilməsi zəruridir. Bu, gözlənilən tarif artımlarını nəzərə almaqla daxili qiymətlərin müəyyən edilməsini və sənayedə suyun idarə edilməsinə yanaşmaların yenidən nəzərdən keçirilməsini nəzərdə tutur. Bu məqsədə nail olmaq üçün su sərfi proseslərinin ən ətraflı təhlilini aparmaq və mövcud su ehtiyatlarını öyrənmək lazımdır. Su ehtiyatlarının idarə edilməsinin əsas vəzifəsi istifadə olunan suyun həcmini azaltmaq və ya onun istehsal həcminə nisbətən istifadəsini azaltmaqdır”, - hesabatda qeyd edilib.
Müəllifin fikrincə, suyun təkrar istifadəsi daha sadə və daha ucuz üsuldur, eyni suyun istehsal tsiklində hazırlanmadan və təmizlənmədən (məsələn, soyutma üçün) təkrar istifadəsini nəzərdə tutur, suyun təkrar emalı isə suyun keyfiyyətini bərpa etmək üçün suyun istehsalata yenidən tətbiq edilməsi məqsədi ilə təmizlənməni nəzərdə tutur.
“Azərbaycanda su qıtlığı problemini həll etmək üçün qiymət islahatı, təkmilləşdirilmiş su idarəçiliyi və səmərəli sudan istifadə texnologiyalarına sərmayə qoyuluşunu əhatə edən kompleks yanaşma lazımdır. Bu yanaşma Azərbaycana öz su ehtiyatlarının uzunmüddətli dayanıqlığını təmin etməyə imkan verəcək”, - o, fikrini yekunlaşdırıb.
- Azərbaycan ABŞ-la birgə hərbi təlimdə - Video
- Qeyri-formal məşğul olan şəxslər belə müəyyən ediləcək - Nazir
- Ermənistan Qarabağ danışıqlarına dair sənədləri yayımladı
- Tiflis TIR-larımızı buraxmadı: Kobaxidzedən reaksiya
- Rüstəm İbrahimbəyov Mehdiyevlə bağlı nələr demişdi?
- Gəncə "Nizami İnnovasiya Mərkəzi” niyə açılmır? - İRİA icraçını ağır vəziyyətdə qoyub
- Gürcüstan Azərbaycana problem yaradır - Saakaşvili
- Milli Şura ilə bağlı Qərbdə bu fikir var - Ekspertdən şok