Hələ "Qarabağ"la 2 illik müqaviləm var. Amma bu, futboldur. Futbolda hər şey olur. Gələcəklə bağlı nəsə demək asan deyil.
BUTA.TV xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Qarabağ"ın futbolçusu Olavio Juninyo hazırkı komandasında qalıb-qalmayacağı barədə sualı cavablandırarkən deyib.
O, adının tez-tez Fransa klubları ilə hallanması haqqında da danışıb:
"Sözün düzü, mənim heç nədən xəbərim yoxdur. Bu məsələlərlə menecerim məşğul olur. Dediyim kimi, "Qarabağ"la 2 illik müqaviləm var. Azərbaycanda, "Qarabağ"da xoşbəxtəm. Yalnız buna köklənmişəm. Başqa nəsə deyə bilmərəm".
Qeyd edək ki, Juninyo ötən ilin yayından "Qarabağ"da oynayır. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.
- Türkiyədən İslandiyaya tarixi təyinat - İlk o oldu
- Kanalda batan Aminin meyiti tapıldı
- Bu, sülhün zəngidir
- Baş nazirin ayaqları “itdi” - Sosial şəbəkələrdə lağa qoyuldu
- “Təlimdə idim, gəlib gördüm ki, evimi vurub dağıdırlar” - Video
- Prezident Trampa məktub ünvanladı
- Zəng Trampın təşəbbüsü ilə baş tutub - 40 dəqiqədən çox çəkib
- İlham Əliyev Donald Trampla danışdı