Xahiş ediblər ki, Ukraynaya S-300 göndərək, verməyəcəyik!

01:28 - 26 Aprel 2024 - GÜNDƏM

 Xahiş ediblər ki, Ukraynaya S-300 göndərək, verməyəcəyik!

Müttəfiqlər Ukraynaya S-300 və ya "Patriot" hava hücumundan müdafiə sistemləri göndərməyi xahiş ediblər, lakin Afina bunu etməyəcək.

BUTA.TV xəbər verir ki, bunu Yunanıstan Baş naziri Kiriakos Miçotakis bildirib.

"Yunanıstan Ukraynaya nə S-300, nə də "Patriot" göndərmək niyyətindədir. Bizdən soruşdular və niyə bunu edə bilməyəcəyimizi izah etdik", - Miçotakis deyib.

Onun sözlərinə görə, Yunanıstan Ukraynanı müxtəlif yollarla dəstəkləyib, müdafiə materialları verib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol