Aprelin 20-də Ceyranbatan su kanalının Sumqayıt şəhərinin “Stansiya Sumqayıt” adlanan ərazisindən keçən hissəsində batan yeniyetmənin cəsədi tapılıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, aprelin 20-də sözügedən ərazidə batan 2011-ci il təvəllüdlü Əliyev İbrahim Samir oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Bu xəbərlərə də göz at
- Bakının məşhur bağı təmirdən sonra necə olacaq?
- Helikopterdəki heyət üzvləri anındaca həlak olublar
- Lukaşenko Rəisi haqqında nələr dedi?
- Gürcüstandan gətirilən toyuq əti yararsız çıxdı
- Putin Rəisinin həlak olması ilə bağlı başsağlığı verdi
- İranda son durum: Rəisiyə mərsiyə deyilir - Video