Dekabrın 2-də Qahirədə inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzv dövlətlərin ticarət üzrə məsul nazirlərinin 4-cü iclası keçiriləcək.
BUTA.TV xəbər verir ki, tədbirdə üzv dövlətlərin nümayəndə heyətləri iştirak edəcəklər. Hazırlıq məqsədilə artıq bir neçə görüş baş tutub.
Dekabrın 1-də üzv dövlətlərin ticarət üzrə yüksəkvəzifəli rəsmilərinin görüşü planlaşdırılır. Həmçinin 4-cü iclasın müvəqqəti gündəliyi nəzərdən keçiriləcək, D-8 Baş katibinin və nümayəndə heyətləri rəhbərlərinin bəyanatları dinləniləcək.
Dekabrın 2-də keçiriləcək nazirlər iclasında ticarət əməkdaşlığına dair Qahirə Bəyannaməsinin qəbul edilməsi gözlənilir.
Qeyd edək ki, D-8 qrupu 1997-ci ildə üzv ölkələrin iqtisadi əməkdaşlığına yardım məqsədilə yaradılıb. Hazırda qrupa üzv dövlətlər Malayziya, İndoneziya, Pakistan, İran, Banqladeş, Misir, Nigeriya, Türkiyə və Azərbaycandır. Misir ötən ildən D-8-ə sədrlik edir.
2024-cü il dekabrın 19-da Misirin paytaxtı Qahirə şəhərində təşkilatın XI Sammiti zamanı Azərbaycan Respublikası yekdilliklə D-8 təşkilatının üzvü seçilib.
- Mehriban Əliyeva: Xatirimizdədir, sevgi ilə anırıq!
- Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - Foto
- Heydər Əliyevin vəfatından 22 il ötür
- Şahramanyan Azərbaycana hahsı məlumatları ötürüb? - Yeni faktlar
- İki gömrük işçisi ölkədən qaçdı - Şok
- Siyartodan Azərbaycanla bağlı açıqlama
- Usubov oğlunun həbsindən danışdı
- Prezident Türkmənistana onu göndərir