Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

11:06 - 28 Noyabr 2025 - GÜNDƏM

 Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Rusiyanın Stavropol diyarında yaşayan erməni qadın əslində türk olduğunu etiraf edib.

BUTA.TV xəbər verir ki, qadının bu etirafı sosial şəbəkələrdə yayılıb.

“Mən erməniyəm, Stavropolun balaca bir kəndindənəm və bu kənddə yaşayan ermənilər hansısa türk dilində danışırlar. Məni erməni kilsəsində xaç suyuna çəkiblər, amma mən uşaqlıqdan böyüklərdən türk dilində nağıllar eşidirəm. Mənim əcdadlarım bir neçə əsr əvvəl bu kənddə məskunlaşıblar. Onlar erməni identikliyini qoruyub saxlasalar da, dillərini unudublar. Mən tərəf seçməyə məcbur deyiləm. Mənim identikliyim kompleksli ola bilər. Belə bir nəzəriyyə var ki, guya biz türkdilli xalqların arasında yaşamışıq, onlar da bizə bu dili məcburi yeridiblər və beləcə biz də erməni dilini unutmuşuq. Amma Rusiyada bu qədər vaxta qədər erməni dilinə qayıda bilərdik axı. Mən özüm linqvistəm, ingilis və Çin dilini öyrənmişəm, amma erməni dilini öyrənə bilmirəm. O zaman mən necə erməni oluram?”, - qadın bildirib.

Qeyd edək ki, islamı qəbul etməyən alban tayfalarından bəziləri sonradan kilsələrin haylara verilməsi ilə erməniləşməyə məruz qalıblar.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol