Xəzər Boru Kəməri Konsorsiumu (CPC) sisteminin dəniz terminalı noyabrın 29-i səhər saatlarında pilotsuz katerlərin hücumu nəticəsində zədələnib.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə konsorsiumun mətbuat xidməti məlumat yayıb.
"Bu gün Moskva vaxtı ilə saat 04:06-da (Bakı vaxtı ilə 05:06-da - red.) konsorsiumun dəniz terminalının akvatoriyasında pilotsuz katerlərin məqsədyönlü hücumu nəticəsində ikinci səyyar yanalma qurğusu ciddi zədələnib. Yükləmə və digər əməliyyatlar dayandırılıb, tankerlər CPC akvatoriyasından kənara çıxarılıb", - məlumatda qeyd olunur.
Konsorsiumun işçiləri və podratçılar arasında xəsarət alanlar yoxdur.
"İlkin məlumata görə, Qara dəniz akvatoriyasına neft sızması baş verməyib", - məlumatda bildirilir.
Dəniz suyundan nümunələr götürülür, ekoloji monitorinq aparılır.
"Yanalma qurğusunun bundan sonra istismarı mümkün deyil. Terminalda yükləmə əməliyyatları pilotsuz kater və PUA təhlükəsi aradan qaldırıldıqdan sonra müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçiriləcək", - məlumatda qeyd olunur.
- 11-ci sinif şagirdini öldürən məktəbliyə hökm oxundu
- Prezident konfrans iştirakçılarına müraciət ünvanladı
- Leyla və Alena Əliyevalar festivalda - Fotolar
- Buğdanın tədarük qiyməti ilə bağlı - Sərəncam
- Rəsmi Bakıdan İsrailə çağırış - “Bu qərar ciddi narahatlıq doğurur”
- Tətilə gedə bilməyənlər bu yazını oxusun…
- Bakının bu rayonunda 3 saat işıq olmayacaq
- Evdən qadın meyiti tapıldı