Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə xəbərdarlıq edib.
Bu barədə BUTA.TV-a DİN-in Mətbuat Xidmətindən bildirilib.
"Ekologiya və Təbii Sərvətlər Nazirliyinin verdiyi məlumata əsasən, aprelin 29-da gecə və səhər saatlarında bəzi dağlıq rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq magistral avtomobil yollarında görünüş məsafəsinin 500-1 000 metrədək məhdudlaşacağı ehtimal olunduğundan, Baş DYP İdarəsi sürücülərə müraciət edərək onlardan ehtiyatlı olmağı, yollarda meydana gələ biləcək qəzaların və digər xoşagəlməz halların qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görməyi, nəqliyyat vasitələrinin texniki sazlığından əmin olmağı, yola çıxmazdan əvvəl avtomobilin şüşə silgəclərinin və şüşəyuyanların, habelə xarici işıq cihazlarının işlək vəziyyətdə olmasına nəzarət etməyi, sürət həddini yol və hava şəraitə uyğun seçməyi, zərurət olmadan ötmə əməliyyatı aparmaqdan, qəfil manevr və kəskin tormozlamadan çəkinməyi xahiş edir", - xəbərdarlıqda vurğulanır.
Qeyd edilir ki, yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalar da öz növbəsində ehtiyatlı olmalı, yolu onların hərəkəti üçün nəzərdə tutulmayan hissəsindən keçməməli, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaradan davranışlardan çəkinməlidirlər.
Polisin cinayətkarı zərərsizləşdirdiyi əməliyyatdan - Anbaan görüntülər
“BUTA.TV ” xəbər portalı olaraq 2019-ci il aprel ayının 24-dən fəaliyyətə başlamışıq. Bizə dəstək olmaq istəyirsinizsə aşağıdakı rəqəmlərdən birini seçə və ya təklif etdiyiniz məbləği göstərə bilərsiniz. Dəstəyiniz bizim üçün dəyərlidir.
- İran intihar məngənəsində: Hər il 80 min insan...
- ABŞ-da hava limanında iki təyyarə toqquşdu
- BMT baş katibi İsrailin hücumunu pislədi
- "Şöhrət" ordeni mənim üçün gözlənilməz oldu - Vəliyeva
- Hamilə qadın naməlum səbəbdən öldü
- Rus ordusu Kurskda genişmiqaslı əks-hücuma keçdi
- Millimiz Serbiyaya məğlub oldu
- İsraildən Hizbullaha növbəti böyük zərbə...