Fransa Prezidenti Emmanuel Makron Azərbaycandakı səfiri Ann Buayonu niyə Bakıya geri qaytarmağa qərar verdi? Səfir Bakıdadır və fəaliyyətini davam etdirir. Halbuki Makron nümayişkəranə şəkildə aprelin 16-da Fransanın Azərbaycadakı səfirini “məsləhətləşmələr” adıyla geri çağırmış və şəxsən onunla görüşmüşdü ki, bunu da antiazərbaycan addımı kimi qiymətləndirmək mümkündür.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Makron səfiri bir müddət də Parisdə saxlasaydı, rəsmi Bakı da Azərbaycanın Fransadakı səfirini geri çağıracaqdı:
“Bu isə münasibətlərin daha da dibə vurması demək olacaqdı. Böyük ehtimalla Makron və onun müşavirləri hesablarında yanıldıqlarını anladılar. Birincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Azərbaycanla Ermənistan sərhədin müəyyənləşməsində razılaşma əldə etdi. İkincisi, Makronun səfirini Parisdə saxladığı dövrdə Almaniya yenidən ön plana çıxdı və Prezident İlham Əliyev Berlində Olaf Şoltsla görüşdü.
Hikmət Həsənovdan Rusiya-Ukrayna müharibəsi ilə bağlı sensasion fikirlər: “Rusların təcrübəsi yoxdur”
Beləliklə, Makronun antiazərbaycan siyasəti Fransanın Cənubi Qafqazdakı mövqelərini zəiflədib. Bu isə o deməkdir ki, əslində Makron ölkəsinin maraqlarına zidd siyasət yürüdüb. O, bu siyasətindən geri çəkiləcəkmi, bunu yaxın aylarda görəcəyik. Hələliksə Qarabağ separatçılarının nümayəndələrini əvvəlki illərdə olduğu kimi Parisdə tədbirlərə dəvət edir və bir qisminə mükafatlar təqdim edirlər”.
- Mehriban Əliyevanın Vatikana səfəri ilə bağlı paylaşım
- Xəzərin dibi ilə fiber-optik rabitə xətlərinin çəkilməsi... - Prezident
- Təəssüf ki, o vaxtdan bəri vəziyyət daha da pisləşib...
- Kilsə ilə savaş: Paşinyanın planı budur
- Xudafərin körpüsünün işğaldan azad olunmasından 5 il ötür
- Bakıda ikinci Katolik Kilsəsi tikiləcək - Mehriban Əliyeva
- Ramiz Mehdiyevin kürəkəninin bahalı avtomobilləri - Foto
- Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına məhdudiyyət...